500 nəfərlik təmtəraqlı, zəngin və yaraşıqlı dizaynı ilə “Sərin Şadlıq evi” həmişə toy, banket, konsert şənliklərinin ən çox tərcih edilən məkanlardan biri kimi Bakıda tanınır. Sərin Şadlıq evinin səhnəsindən nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur ulduzları gözəl proqramları ilə çıxış etmişlər.

 

Bu konsertlərin, təqdimat mərasimlərinin daha da rəngarəng, daha da maraqlı və yaddaqalan olması üçün “Sərin Şadlıq evi”də texnologiyanın son möcüzələri, işıq, lazer, səs effekti aparatları mövcuddur.

 İstərsə ailə şənliklərini, istərsə də konsert proqramlarını dadlı, ləziz və zəngin süfrəsi ilə daha da təmtəraqlı edən isə “Sərin Şadlıq evi” nin 500 kv.m sahədə yerləşmiş, müasir avadanlıqlarla təchiz edilmiş mətbəxinin peşəkar aşpazlarıdır.