Ta qədimdən bu günə qədər Şərqi və Qərbi özünə valeh etmiş Azərbaycan bu gün də bütün dünya dövlətlərinin diqqət mərkəzindədir.  Bu zəngin dövlətimizdə son illərdə günbəgün artan, inkişaf edən iş qurumları, ticarət mərkəzləri və əyləncə sektorları iqtisadi bazarda öz yerini tapır.

 

Nəzərinizə çatdırmalıyıq ki, “Sərin” şirkəti 1989 cu il yanvar ayının 13 də Bakı şəhəri Nərimanov rayonunda qeydiyyata alınmışdır. Şirkətin əsas fəaliyyəti ərzaq və kənd təsərrüfatı mallarının alqı-satqısı, eləcə də ictimai iaşə xidmətindən ibarət olmuşdur. 1998 “Sərin “restoranı fəaliyyətə başladı. “Sərin” Hoteli isə öz fəaliyyətinə 24 avqust 2000-ci ildə başlayıb. Günümüzə qədər bir çox iqtisadi böhranlara sinə gərən “Sərin” şirkəti, bu gün də dövlətimizin xidmətində duraraq, yeni-yeni iş məkanları açmaqdadır. Bu isə əhalinin kiçik bir hissəsinin də olsa işlə təmin edilməsi deməkdir. Biz ümidvarıq ki, doğru, düzgün və şəffaf iqtisadi siyasəti ilə “Sərin” Şirkəti hələ neçə-neçə yeni proyektlərə imza atacaqdır.