|
|||||||||||||||
|
Azərbaycan Respublikasının Bakı şəhəri qədimdən öz qonaqpərvərliyi ilə seçilmişdir. Qədim Şərq və Avropa mədəniyyətini özündə birləşdirməyə çalışan “Sərin” Hoteli 5 ildir ki, bakılıların və şəhərimizin qonaqlarının xidmətindədir.
Heydər Əliyev adına Beynəlxalq hava limanının 30 kilometrliyində yerləşən öz qeyri adi memarlıq üslubu ilə fərqlənən, qonaqları şəhər mühitinin gurultusundan uzaqlaşdıran, sanki təbiətin füsunkar bir məkanını xatırladan “Sərin” Hoteli sizləri hər zaman qarşılamağa hazırdır. “Sərin” Hoteli geniş bir ərazidə yerləşərək 3 korpusu, 5 kotteci, idman və sağlamlıq (SPA) kompleksini, geniş üzgüçülük hovuzunu, bir necə restoranı öz nəzdində birləşdirir. Burada qonaqlara WTO standartlarına uyğun otel xidmətləri göstərilir. “Sərin” Hoteli qonaqlarını Bakı şəhərinin, eləcə də Azərbaycanın tarixi abidələri və füsunkar təbiəti ilə tanış etmək üçün rus və ingilis dilləri bilən bələdçilər müşayiəti ilə turist gəzintiləri təşkil edir.
|
||||||||||||||