"Sərin" şadlıq sarayı

Keyfiyyət əminliyin və müvəffəqiyyətin rəhnidir. Fəaliyyət göstərdiyi bütün sahələrdə olduğu kimi “Sərin Şirkəti” MMC “Sərin” restoranında müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə əminlik və etibarlılıq hissi yaradır. “Sərin” restoranı 1998-cu ildə fəaliyyətə başlayaraq bu günə qədər gözəl və zəngin mətbəxi ilə hamını heyran edir, yenilikləri ilə təəccübləndirir, xoş ab-havası ilə cəlb edir. 500 nəfərlik təmtəraqlı, zəngin və yaraşıqlı dizaynı ilə “Sərin” şadlıq evi həmişə toy, banket, konsert şənliklərinin keçirildiyi populyar bir məkan kimi tanınır. Konsertlərin, təqdimat mərasimlərinin daha rəngarəng, maraqlı və yaddaqalan olması üçün “Sərin” şadlıq evi ən son texnologiyalardan istifadə edir. İstər ailə şənliklərində, istərsə də konsert proqramlarında “Sərin” müasir avadanlıqlarla təchiz edilmiş mətbəxi və peşəkar aşpazları sayəsində dadlı, ləziz və zəngin süfrəsi ilə seçilir.


QALEREYA