"Astoria Bakı" Oteli

Qədim Şərq və Avropa memarlıq üslubunu özündə birləşdirən “Astoria Bakı” oteli 2000-ci ildən başlayaraq Bakı sakinlərinin və şəhərimizin qonaqlarının xidmətindədir. Öz qeyri-adi memarlıq üslubu ilə fərqlənən “Astoria Bakı” oteli sizləri hər zaman qarşılamağa hazırdır. Yüksək keyfiyyətli xidmət və əla mətbəx, qonaqpərvərlik və istirahətin müxtəlifliyi bu oteldə vəhid bir yerə cəmlənib.
“Astoria Bakı” oteli müasir stildə qurulmuş, WTO-nun (World Trade Organization) dördulduzlu otel üçün qoyduğu tələblərə uyğun olan 100 nömrədən ibarətdir. Otaqlarda çoxkanallı TV, telefon, mərkəzləşdirilmiş isitmə və soyutma sistemi ilə təmizliyi və rahatlığı bir yerdə tapacaqsınız. Otelimizdə standart və deluxe tipli otaqlardan əlavə müasir interyeri və rahatlığı ilə seçilən 17 kottec də vardır. Zərif üslubda tikilən kotteclərimiz rahatlığa və sakitliyə üstünlük verən müştərilərimiz üçün nəzərdə tutulub. Onların tələbkar zövqlərini və şəxsi üstünlüklərini təmin etmək üçün istifadələrinə əsaslı surətdə tikilmiş kotteclər verilib. Ən əsası odur ki, “Astoria Bakı” oteli müştərilərinə keyfiyyətli xidmət göstərir və onların arzu etdikləri şəraiti təmin edir. "Astoria Bakı" oteli ingilis və rus dillərini bilən tərcüməçi-bələdçilər vasitəsilə öz qonaqlarına Azərbaycanın tarixi və mədəniyyəti barədə tanışlıq proqramını təşkil edir.
"Astoria Bakı" oteli Heydər Əliyev adına olan hava limanından 30 km. məsafədə yerləşib, şəhərin mərkəzinə isə 7 dəqiqəyə çata bilərsiniz. Orijinal adı ilə seçilən "Astoria Bakı" oteli öz qonaqlarına gündəlik həyatdan ayrılıb paytaxtımızın cənnət guşəsində istirahət etməyi təklif edir. "Astoria Bakı" oteli hər zaman yolunuzu gözləyir.
Otelimiz haqda daha geniş məlumat www.astoriabaku.com saytında ala bilərsiniz.


QALEREYA